Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirmişdir
25 may 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində növbəti şura iclası keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev qarşıdan gələn “Qurban Bayram”ı və “28 May Müstəqillik Günü” münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Şəhər, qəsəbə və kənd inzibati ərazi nümayəndələri və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbirdə qanunsuz tikililər, rayonda 2026-cı ilin taxıl biçini kompaniyasını mütəşəkkil şəkildə keçirmək və optimal müddətdə başa çatdırmaq, qarşıdan yay mövsümünün gəlməsi ilə əlaqədar meşə ərazilərində, həmçinin meşə sahələri ilə həmsərhəd ərazilərdə biçilmiş əkin sahələrində, quru ot və digər ərazilərdə yanğınlara qarşı qabaqlayıcı mübarizə tədbirlərinin görülməsi və məsələnin diqqətdə saxlanılması barədə danışılmış, mövcud problemlər və qarşıda duran məsələlər müzakirə edilmiş, müvafiq tapşırıq və tövsiyələr verilmişdir.













