Qəbələ Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirildi
16 may 2025-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbul zamanı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də digər vətəndaşların müraciətləri tək-tək dinlənilib. Onların irəli sürdükləri təkliflərin, qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Müraciətlər arasında işlə təminat, maddi yardım və sairə məsələlər yer alıb. Qəbələ Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq vətəndaşlarla keçirilən qəbul-görüşlər sakinlərlə dövlət orqanları arasında açıq dialoqun və etimadın möhkəmlənməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına töhfə verir. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.













