Qəbələ Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilmişdir
01 noyabr 2024 | 12:42
01 noyabr 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə keçirilən qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qaziləri, eləcə də digər vətəndaşların müraciətləri, irəli sürdükləri təkliflər dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.