Qəbələ Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilmişdir
23 dekabr 2022 | 12:33
23 dekabr 2022-ci il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən vətəndaşların növbəti qəbulu həyata keçirilib. Qəbul zamanı vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər RİH başçısı tərəfindən dinlənilib, bir qismi yerindəcə həll olunub, digərlərinin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verilmişdir.