Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaş qəbulu keçirilmişdir
29 noyabr 2024 | 14:03
29 noyabr 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə vətəndaşların qəbulu keçirilib. Qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin, eləcə də digər vətəndaşların müraciətləri dinlənilmişdir. Onların irəli sürdükləri təkliflərin, qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.