Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən Qəbələ RİH-də vətəndaş qəbulu keçirilmişdir
15 sentyabr 2023 | 16:04
15 sentyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev tərəfindən növbəti dəfə keçirilən qəbulda Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin və vətəndaşların müraciətləri və irəli sürdükləri təkliflər dinlənilmiş, bir qismi yerindəcə həll olunmuş, digərlərinin həlli nəzarətə götürülmüşdür. Şəhid valideyinləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.