Qəbələ rayon Mədəniyyət Mərkəzi "Xocalı faciəsi-Qalib xalqın silinməyən qan yaddaşı" adlı tədbir keçirib
Qəbələ rayon Mədəniyyət Mərkəzində Xocalı faciəsinin 34-cü ildönümü ilə əlaqədar "Xocalı faciəsi-Qalıb xalqın silinməyən qan yaddaşı" adlı tədbir keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər xalqımıza, dövlətimizə qarşı törədilmiş, müasir dövrdə bəşəriyyətin ən böyük faciəsi olan Xocalı faciəsinin baş vermə səbəbləri, öıkəmizdə o dövrdəki siyasi vəziyyət barədə məlumat verərək, tarixin yaddaşına qanlı hərflərlə yazılmış bu faciənin unudulmaması və xarici düşmənlərimizin bu əməlinin gələcək nəsillərə olduğu kimi çatdırılması üçün daim təbliğat xarakterli tədbirlərin keçirilməsini diqqətə çatdırıblar. Daha sonra İ.B. Qutqaşınlı adına Qəbələ xalq teatrının aktyorlarının və orta məktəb şagirdinin ifasında ədəbi-bədii kompozisiya səsləndirilib, Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş olunub.













