Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində 20 Sentyabr – Suverenlik Günü ilə əlaqədar “Suverenliyimiz – milli qürurumuz” adlı tədbir keçirilib

18 sentyabr 2026 | 12:15

18 sentyabr 2026-cı il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində 20 Sentyabr – Suverenlik Günü ilə əlaqədar “Suverenliyimiz – milli qürurumuz” adlı tədbir keçirilib. Mədəniyyət işçilərinin və gənclərin iştirakı ilə keçirilən tədbirde öncə, ərazi bütövlüyünümuz uğrunda şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 20 Sentyabr tarixinin Suverenlik Günü kimi qeyd olunmasının Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olduğunu qeyd edərək, dövlət suverenliyinin qorunmasının, milli-mənəvi dəyərlərə bağlılığın və vətənpərvərlik hisslərinin gənc nəsildə daha da gücləndirilməsinin vacibliyindən danışıblar.

Keçidlər