Qəbələ rayon Mədəniyyət Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib
23 sentyabr 2022 | 16:01
23 sentyabr 2022-ci il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində 27 sentyabr Anım Günü ilə bağlı tədbir keçirilib. Öncə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində qəhrəman oğullarımızın göstərdiyi igidlikdən bəhs etmiş, Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləmişlər. Sonda Qəbələ rayon şəhidləri haqqında hazırlanmış tanıtım videoçarxı nümayiş olunmuşdur.