Qəbələ rayon Mədəniyyət Mərkəzində 27 sentyabr “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib
24 sentyabr 2026-cı il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində 27 sentyabr-Anım Günü ilə əlaqədar olaraq “Zəfərə doğru 44 gün” adlı tədbir keçirilib. Qəbələ rayon Mədəniyyət Mərkəzi, Cığatelli kənd kulubu və Bum Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə təşkil edilən tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman oğullarımızın göstərdiyi misilsiz şücaətdən və Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulmasının vacibliyindən bəhs etmişlər. Sonda Anım Gününə həsr olunmuş şeir kompozisyaları və videoçarx nümayiş edilib.













