Qəbələ rayon Mədəniyyət Mərkəzində "44 günlük Zəfər tariximiz" adlı tədbir keçirilib
Qəbələ rayon Mədəniyyət Mərkəzində 27 Sentyabr – “Anım günü”nə həsr olunmuş "44 günlük Zəfər tariximiz" adlı tədbir keçirilib. Tədbirdə öncə Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edənlər 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başlayan Vətən Müharibəsində qəhrəman oğullarımızın göstərdiyi igidlikdən bəhs etmiş, Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir, qazilərimizə şəfa diləmişlər. Sonda Qəbələ rayon şəhidləri haqqında hazırlanmış videoçarx nümayiş olunmuş və şəhid valideynlərinin övladları haqqında xatirələri dinlənilmişdir.