Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Ağ işığın sehri” kitabının təqdimat mərasimi keçirilib

18 noyabr 2023 | 17:05

18 noyabr 2023-cü il tarixdə Qəbələ rayon Mədəniyyət mərkəzində Jurnalist-publisist Bibixanım İsayevanın Vətən müharibəsi şəhidi, Baş leytenant, “Azərbaycan Bayrağı” ordenli həkim Aqşin Ənvərliyə həsr olunmuş “Ağ işığın sehri” kitabının təqdimat mərasimi keçirilib. Rayon icra hakimiyyəti, idarə və təşkilatlarının nümayəndələri, Vətən Müharibəsi iştirakçıları, qazilər, şəhid valideynləri və Aqşin Ənvərlinin ailə üzvlərinin iştirak etdiyi tədbirdə öncə şəhidin əl işlərindən ibarət sərgi ilə tanış olunmuş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ən müasir səviyyədə həyata keçirilən ordu quruculuğundan bəhs edərək, bütün dünyanın Azərbaycanın şanlı qələbəsinin şahidi olduğunu vurğulamış və Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr diləmiş, qazilərimizə can sağlığı arzulamışdır. Tədbirdə məktəb şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirib, Aqşin Ənvərlinin həyat yolunu əks etdirən slayd təqdim edilib. Çıxış edənlər şəhid-həkimin qəhrəmanlıqlarından bəhs edib, kitab haqqında öz təəsüratlarını söyləyiblər. Sonda şəhidin atası Faiq Abdulayev tədbir iştirakçılarına öz təşəkkürünü bildirmişdir.

Keçidlər