Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində “Geri dönüşüm, təmiz ətraf mühit və yaradıcılıq” incəsənət sərgi-müsabiqəsi keçirilmişdir

15 mart 2024 | 15:26

15 mart 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon mədəniyyət mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edilməsi ilə əlaqədar ekoloji maarifləndirmə, məqsədilə “Geri dönüşüm, təmiz ətraf mühit və yaradıcılıq” adlı incəsənət sərgi müsabiqəsi keçirilib. Öncə tədbir haqqında məlumat verən tədbirin təşkilatçısı Natəvan Mürşüdova bildirdi ki, təbiəti və ətraf mühiti qorumaq atılan tullantının miqdarını azaltmaqdan keçir. Tullantılara ikinci həyat vermək həm ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq həm də asudə vaxtın səmərəli istifadəsini təşkil etməkdən ibarətdir. Sərgidə nümayiş edilən əsərlər vasitəsi ilə lazımsız əşyalar yenidən canlandırılıb. Müsabiqədə 17 iştirakçı 60-dək əl işiylə iştirak etmişdir. İştirakçılardan Dilbər Qurbanova, Nicat Baxışov və Nəzrin Bağırzadə müvafiq olaraq I, II və III yerlərə layiq görülmüş, Fəxri Fərmanlar və hədiyyələrlə təltif edilmişlər.

Keçidlər