Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” mövzusunda konfrans keçirilib

02 may 2024 | 09:25

1 may 2024-cü il tarixində Qəbələ rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlər çərçivəsində “İqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri” adlı konfrans keçirilib. Qəbələ Dövlət Rəsm Qalereyası,  Heydər Əliyev Mərkəzi,  Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, Tarix Diyarşünaslıq muzeyi və  Mədəniyyət Mərkəzinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Mədəniyyət Mərkəzinin direktoru Malik Ağayev 2023-cü il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlərin aparıldığını nəzərə çatdıraraq, dünyada baş verən qlobal iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsirinin nəticələri barədə məlumat vermişdir. Çıxış edənlər son illər iqlim dəyişikliklərinin mənfi təsirlərini azaltmaq və dayanıqlı iqtisadi inkişafa nail olmaq üçün alternativ enerji mənbələrindən istifadə və yeni yaşıl texnologiyalara keçidin sürətləndirilməsi üçün dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də yeni texnologiyaların tətbiqinin əsas prioritetlərdən biri olacağını bildirmişlər. Sonda maarifləndirici videoçarx izlənilmişdir.

Keçidlər