Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayon Mədəniyyət Mərkəzində "Muğam bəşəri sərvətimizdir" adlı tədbir keçirilib

21 avqust 2026 | 15:46

21 avqust 2026-cı il tarixində Beynəlxalq Azərbaycan Muğamı Günü münasibətilə Qəbələ Rayon Mədəniyyət Mərkəzi və Cığatelli kənd Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə "Muğam bəşəri sərvətimizdir" adlı tədbir keçirilib. Çıxışlar zamanı milli musiqimizin bünövrəsini təşkil edən muğamın dünya musiqi sənətinin incisi olduğu, dövlətimiz tərəfindən yüksək səviyyədə qorunduğu və təbliğ edildiyi vurğulanmış, xüsusilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın muğamın beynəlxalq miqyasda tanıdılması və sevilməsindəki müstəsna xidmətləri diqqətə çatdırılmışdır. Tədbir mövzu ilə bağlı hazırlanan videoçarxın nümayişi və sərgiyə baxışla yekunlaşmışdır.

Keçidlər