Qəbələ rayon Mədəniyyət Mərkəzində "Tariximizin hüzn və qürur səhifəsi" adlı tədbir keçirildi
Qəbələ rayon Mədəniyyət Mərkəzində "Tariximizin hüzn və qürur səhifəsi" mövzusunda tədbir keçirilib. Mədəniyyət işçilərinin iştirakı ilə keçirilən tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər 20 Yanvar hadisələrinin xalqımızın tarixində təkcə faciə deyil, həm də istiqlal mücadiləsinin qələbəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü olmasından, Sovet imperiyasının əsarətində yaşamağa məhkum olan xalqın azadlıq səsini ucaltdığı, öz suverənliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli qan yaddaşımızdan danışmış, bu tarixin öz siyasi qiymətini Ümumilli Liderimiz Heydər Əliyev tərəfindən aldığını və bu hadisələrin beynəlxalq aləmdə tanınmasında Ulu Öndərin danılmaz rolunu qeyd etmişlər. Sonda "Tariximizin hüzn və qürur səhifəsi" adlı videoçarx nümayiş olunmuş və 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilmişdir.













