Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə “Əbədi Liderimiz” adlı tədbir keçirilmişdir

09 dekabr 2022 | 17:17

09 dekabr 2022-ci il tarixində Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə ümumilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Əbədi Liderimiz” adlı tədbir keçirilmişdir.  Tədbirdə öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan müəssisənin direktoru Ceyhun Əhmədov görkəmli dövlət xadimi, Heydər Əliyevin Azərbaycan səhiyyəsinə göstərdiyi diqqət və qayğının  onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs etmişdir. Çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyevin sadəliyi, səmimiyyəti, vətənpərvərliyi və yüksək insani keyfiyyətləri ilə Azərbaycan xalqının qəlbində unudulmaz izlər buraxmasını vurğulamışlar.

Keçidlər