“Qəbələ Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Nic Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir edilmişdir
16 fevral 2023 | 17:12
“Qəbələ Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Nic Ailə Sağlamlıq Mərkəzi əsaslı təmir olunaraq istifadəyə verilmişdir. Təmirdən sonra müəssisə yeni inventar və tibbi avadanlıqlarla tam təchiz edilmiş, xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün hər cür şərait yaradılmışdır.