Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirilib
Qəbələ Rayon Mərkəzi Xəstəxanasında 8 Noyabr Zəfər Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən müəssisənin direktoru Ceyhun Əhmədov erməni silahlı qüvvələrinin təcavüzünə cavab olaraq başlayan Vətən müharibəsində qazanılmış qələbədən, xalqın ölkə prezidenti İlham Əliyevin ətrafında yumruq kimi birləşməsinən danışmış, vətən uğrunda canından keçmiş şəhidlərə rəhmət, ailələrə səbr diləmiş, qazilər və müharibə iştirakçılarına can sağlığı arzulamışdır. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi ugurlu siyasətdən, qazanılan böyük Qələbənin əhəmiyyətindən danışımış, Şəhidlərin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulamışlar.