Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Mərkəzi Xəstəxanasında “Peyvəndlənmə - qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur” mövzusunda maarifləndirici tədbir keçirilib

23 fevral 2024 | 16:28

23 fevral 2024-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və Qəbələ Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə “Peyvəndlənmə - qızılca və digər infeksion xəstəliklərə qarşı effektiv profilaktika üsuludur” mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon icra hakimiyyətinin, RMX PHŞ-nin, GEM-in, rayon ağsaqqallar şurasının nümayəndələrinin, rayonun ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin iştirak etdiyi tədbirdə çıxış edənlər peyvəndlənməmiş şəxlərdə qızılca xəstəliyinin ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola biləcəyini qeyd edərək, bir sıra ağır respirator xəstəliklərin vaksinasiyasının uşaqlıq dövründə Milli Peyvənd Proqramına əsasən ilkin səhiyyə xidməti təşkil edən müəssisələrdə aparılmalı olduğunu və yoluxmanın qarşısını almaq məqsədilə peyvəndləmənin vacibliyini bildirmiş, mövcud vəziyyətlə əlaqədar maarifləndirici bukletlər paylanılmışdır. Tədbir diskussiya şəklində davam etmişdir.

Keçidlər