Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon Mərkəzi Xəstəxanasında Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

27 aprel 2023 | 17:48

27 aprel 2023-cü il tarixdə Qəbələ Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsdə görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbir keçirilib. Öncə tədbir iştirakçıları görkəmli akademikin Qəbələ şəhərində yerləşən “Zərifə Əliyeva” parkında olan büstünü ziyarət etmiş, önünə tər çiçəklər düzərək xatirəsini anmışlar. Qəbələ rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov açaraq unudulmaz elm xadimi, akademik Zərifə xanım Əliyevanın keçdiyi mənalı və şərəfli həyat yolundan, zəngin elmi irsindən, peşə və ictimai fəaliyyətindən bəhs etmişdir. Çıxış edənlər Zərifə xanımın respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair tədqiqatları ilə böyük şöhrət qazandığını və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərdiyini bildirmiş, Zərifə xanımın bu gün də insanların qəlbində gözlərə işıq və nur bəxş edən görkəmli şəxsiyyət kimi yaşadığını qeyd etmişlər.

Keçidlər