Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon nümayəndə heyəti Belarus Respublikasının Qrodno şəhərində işgüzar səfərdə olmuşlar

15 sentyabr 2023 | 09:58

7-11 sentyabr 2023-cü il tarixlərində Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin rəhbərliyi ilə nümayəndə heyəti Qəbələ rayonu ilə qardaşlaşmış Belarus Respublikasının Qrodno şəhərində işgüzar səfərdə olmuşdur. Səfər çərçivəsində nümayəndə heyəti şəhər rəhbərliyi ilə görüşmüş, Qrodno şəhəri ilə Qəbələ rayonu arasında əlaqələrin prespektivləri müzakirə olunmuşdur. Nümayəndə heyətimiz Qrodno şəhərinin sənaye, idman obyektləri, istehsal, təhsil  müəssisələri, tarix-mədəniyyət abidələri və turizm potensialı, eləcə də Belarus xalqının mədəniyyəti, folkloru, adət və ənənələri ilə yaxından tanış olmuş, Qrodno şəhərinin 895-ci ildönümünə həsr olunmuş “Şəhər günü” bayram tədbirlərində iştirak etmişlər.  

Keçidlər