Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayon Şəhidlər Xiyabanında 27 sentyabr – “Anım Günü” tədbiri keçirilib

27 sentyabr 2026 | 13:31

27 sentyabr – “Anım Günü” ilə əlaqədar Qəbələ rayon Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elşən Musayev, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Birinci Qarabağ və Vətən müharibəsində şəhadətə yüksəlmiş şəhidlərin xatirəsinə ucaldılmış Şəhidlər Xiyabanı kompleksini ziyarət edərək, məzarlara və xatirə lövhələrinin qarşısına  gül dəstələri düzmüşlər. Həmçinin gün ərzində 27 sentyabr – Anım günü ilə əlaqədar rayonda fəaliyyət göstərən bütün məscid və kilsələrdə şəhidlərin ruhuna dualar oxunmuşdur.

Keçidlər