Qəbələ Rayon Tarix - Diyarşünaslıq Muzeyində "Açıq qapı" günü keçirilmişdir
18 May Beynəlxalq Muzeylər günü ilə əlaqədar Qəbələ Rayon Tarix - Diyarşünaslıq Muzeyində keçirilən "Açıq qapı" günündə Muzeyin fondunda mühafizə olunan etnoqrafik, dekorativ tətbiqi sənət, arxeoloji və s. nümunələrdən ibarət sərgiyə, eləcə də açıq səma altında daşyonma sənətinin nümunələrindən ibarət daimi sərgiyə ekskursiya təşkil edilmişdir. Sərginin təşkil edilməsində əsas məqsəd muzeylərin əhəmiyyətini cəmiyyətə çatdırmaq, xalqımızın tarixinin, milli adət-ənənələrinin təbliği və daha da inkişaf etdirilməsindən ibarətdir. “Muzeylər, Dayanıqlılıq və Rifah” mövzusuna həsr olunan sərgidə ziyarətçilərin Azərbaycanın, o cümlədən Qəbələnin zəngin mədəni və tarixi irsi ilə yaxından tanış olması üçün geniş şərait yaradılmışdır. "Açıq qapı" günündə rayon təhsil müəssisələrinin, Qəbələ Uşaq Reabilitasiya Mərkəzinin kollektivləri, həmçinin ictimaiyyət nümayəndələri muzeyi ziyarət etmişlər.