Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Tarix-Diyarşünaslıq Muzeyində "Bacarıqlı əllər" adlı tədbir keçirilmişdir

25 avqust 2023 | 10:32

24 avqust 2023-cü il tarixində Qəbələ Uşaq Reabilitasiya Mərkəzində tədris-peşə reabilitasiyası alan sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgi təşkil edilmişdir. Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə çıxış edənlər Uşaq Reabilitasiya Mərkəzlində həyata keçirilən tibbi, sosial, tədris-peşə reabilitasiyasının sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsi və onların cəmiyyətə inteqrasiyasının təminatını yaxşılaşdırmaq məqsədi daşıdığını qeyd etmişlər. Ölkəmizdə uşaqlara, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara qayğı göstərilməsi sahəsində dövlət tərəfindən mühüm işlərin aparıldığını vurğulanmışdır. Sonra Uşaq Mərkəzdə reabilitasiya keçən uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Keçidlər