Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində "Gənc zəkalar" adlı tədbir keçirilib 

17 iyul 2026 | 10:40

16 İyul 2026 - cı il tarixində Qəbələ rayon Tarix -Diyarşünaslıq Muzeyi və Qəbələ rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 İyul Beynəlxalq Şahmat Günü ilə əlaqədar "Gənc zəkalar" adlı tədbir keçirilib. Tədbirdə çıxış edənlər şahmatın intellektual  bacarığın formalaşması, insan təfəkkürünün, məntiqinin və yaddaşının inkişafındakı müstəsna rolundan bəhs etmiş,  Azərbaycanda  şahmata marağın yüksək səviyyədə olmasını, inkişafına hər zaman dövlət səviyyəsində göstərilən diqqət və qayğının xüsusi olduğunu bildirmişlər. Daha sonra iştirakçıların açıq səma altında daş plastikası ekspozisiyasına ekskursiyası təşkil olunmuş, Qəbələnin qədim tarixi, mədəniyyəti və arxeoloji tapıntıları barədə ətraflı məlumat verilmiş və məktəblilər arasında şahmat yarışı keçirilmişdir. Sonda şahmat oyuncularına fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.

Keçidlər