Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon Tarix- Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid Ağaşirin Babayevin ailəsini ziyarət etmişdir

18 sentyabr 2023 | 14:18

Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları 27 Sentyabr “Anım günü” ilə əlaqədar vətən müharibəsi şəhidi Ağaşirin Babayevin ailəsini ziyarət etmişdir. Muzey əməkdaşları şəhidin doğma ocağında təşkil olunmuş guşəni ziyarət etmiş, valideynlərini övladları haqqında söylədiyi həyat hekayələrini dinləmişlər. Muzeyin direktoru Bəxtiyar Vəliyev  şəhidlərin döyüş yolu haqqında məlumatları gələcək nəsillərə ötürülməsi işi üzrə həyata keçirilən tədbirlərdən danışmış və bu istiqamətdə işlərin davam etdirilməsinin vacib olduğunu vurğulamışdır. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident,  Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.

Keçidlər