Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon  Tarix -Diyarşünaslıq Muzeyinin kollektivi Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət edib

18 mart 2024 | 17:41

18 mart 2024-cü il tarixində  Qəbələ Rayon Tarix -Diyarşünaslıq Muzeyinin kollektivi Novruz bayramı münasibətilə Vətən Müharibəsi şəhidi Aqşin Ənvərli və şəhid Məhəmməd Qarayevin ailəsini ziyarət edib. Öncə Aqşin Ənvərlinin xatirəsini əbədiləşdirmək məqsədilə inşa olunmuş abidə kompleksi, daha sonra hər iki şəhidin ailəsi ziyarət edilmişdir. Görüş zamanı qəhrəman oğullarımızın hünər və şücaətindən söz açılmış, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun qəhrəmanlığı  nəticəsində işğaldan azad edilmiş ərazilərdə bu gün Novruz bayramının təntənəli şəkildə qeyd edildiyi vurğulanmışdır. Şəhidlərin ailə üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər