Qəbələ rayon ümumi təhsil müəssisələrində Xocalı soyqırımının otuz dördüncü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar rayonun bütün təhsil müəssisələrində ““Xocalı soyqırımını unutma”, ", “Xocalı-əsrin faciəsi”, “Xocalı uşaqların gözü ilə”, “Qanlı gecə” mövzularında dərslər, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, rəsm müsabiqələri təşkil edilib. Faciə qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu və bu faciənin heç zaman unudulmayacağını, xalqımıza qarşı törədilmiş soyqırım nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qaldığını, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edildiyi diqqətə çatdırılaraq, Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini unutmamaq tövsiyə olunmuş, şagirdlərin ifasında Xocalı faciəsinə, vətənə həsr olunmuş səhnəciklər, kompozisiyalar nümayiş olunmuşdur. Xocalı soyqırımı ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər, guşələr, məktəblilər arasında inşa yazı müsabiqələri keçirilib.













