Qəbələ rayon ümumtəhsil məktəblərində 21 fevral- Beynəlxalq Ana Dili Gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir
Qəbələ rayon ümumtəhsil müəssisələrində rayon təhsil sektorunun nümayəndələrinin, məktəbin müəllim və şagirdlərinin iştirakı ilə 21 fevral – Beynəlxalq Ana Dili Gününə həsr edilmiş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər ana dilimizin keçdiyi inkişaf yolu, dilimizə göstərilən dövlət qayğısından bəhs etməklə yanaşı dilimizin tarixin müxtəlif dövrlərində ərəb-fars dillərinin təsirinə məruz qalması, Sovet hakimiyyəti illərində tariximizə, eləcə də dilimizə qarşı yeridilən yadlaşdırma siyasətindən söz açmışlar. Bildirilmişdir ki, Azərbaycan dilinin qorunmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Ümummilli liderin layiqli davamçısı, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl tədbirlər, qəbul etdiyi qərarlar doğma ana dilimizin bugünkü inkişaf səviyyəsinə çatmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Tədbirdə məktəblilərin ifasında ana dilimizin gözəlliyini tərənnüm edən şeirlər səslənmiş, mahnılar oxunmuş, ədəbi-bədii kompozisiya təqdim edilmişdir.