Qəbələ rayon ümumtəhsil məktəblərində“Sülh aylığı” çərçivəsində tədbirlər keçirilmişdir
Qəbələ rayonunun ümumtəhsil məktəblərində cari ilin 21 avqust – 21 sentyabr tarixlərini əhatə edən “Sülh aylığı” çərçivəsində şagirdlərin sülh, qarşılıqlı hörmət, tolerantlıq, həmrəylik və humanizm dəyərləri barədə məlumatlandırılması məqsədilə silsilə tədbirlər təşkil edilmişdir. Aylıq ərzində məktəblərdə xüsusi sinif saatları təşkil olunmuş, maarifləndirici söhbətlər aparılmış, şagirdlərin hazırladığı tematik təqdimatlar, rəsm əsərləri və divar qəzetləri nümayiş etdirilmiş, həmçinin “Sülh dünyamızın gələcəyidir” mövzusunda geniş müzakirələr keçirilmişdir. Keçirilən bu cür tədbirlər şagirdlərdə ümumbəşəri sülh və həmrəylik dəyərlərinin dərindən formalaşdırılmasına, eləcə də onların ictimai məsuliyyət və fəal vətəndaşlıq mövqeyinin inkişafına mühüm töhfə vermişdir.













