Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon  ümumtəhsil müəssisələrində "20 Yanvar"  faciəsinin 34-cü ildönümünə həsr olunmuş sislsilə tədbirlər keçirilib

19 yanvar 2024 | 16:52

Qəbələ  rayonunun  bütün  ümumtəhsil  müəssisələrində  "20 yanvar Ümumxalq Hüzn günü"nə həsr  olunmuş  dəyirmi  masa,  seminar  və  mühazirələr, rəsm sərgisi, idman yarışları, tarixi  günə  həsr  olunmuş  xüsusi  dərslər  keçirilmişdir. Tədbirlərdə Qəbələ rayon Təhsil sektorunun əməkdaşları, təhsil  müəssisələrinin pedaqoji və şagird kollektivləri iştirak ediblər. Ulu Öndər Heydər Əliyevin və faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə 20  Yanvar  faciəsinin  səbəblərindən, Azərbaycan  xalqının  azadlıq  mübarizəsi diqqətə çatdırılaraq, həmin gün  xalqımıza  qarşı  törədilən  bu  qanlı  və  qəddar  aksiyaya  Ulu Öndər  Heydər  Əliyevin  1993-cü  ildə  ikinci dəfə  hakimiyyətə  qayıdışından  sonra  siyasi-hüquqi  qiymət  verildiyi bərədə danışılmışdır. Sonda  məktəblilərin  hazırladıqları  ədəbi-bədii  kompazisiyalar və səhnəciklər  təqdim  olunmuşdur.

Keçidlər