Qəbələ rayon ümumtəhsil müəssisələrində 8 noyabr – “Zəfər günü” ərəfəsində silsilə tədbirlər təşkil edilir
04 noyabr 2024 | 14:07
Qəbələ rayonunun ümumtəhsil müəssisələrində 8 noyabr – “Zəfər günü” ərəfəsində silsilə tədbirlər keçirilir və Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət edilir. Şəhər 3 nömrəli və Vəndam qəsəbə 3 nömrəli tam orta məktəbin keçirdiyi tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti, Alı Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində Ordumuzun əsgər və zabitlərinin şərəfli döyüş yolundan bəhs edilmiş, qazanılmış tarixi Qələbədən danışılmış, şagirdlərin ifasında vətənpərvərlik mövzusunda, Qələbəni təmsil edən şeirlər və musiqilər səslənmişdir.