Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayon ümumtəhsil müəssisələrində “Bilik günü” qeyd olunmuşdur

15 sentyabr 2023 | 15:38

15 sentyabr 2023-cü il tarixdə yeni dərs ilinin başlaması ilə əlaqədar rayonun 68 ümumtəhsil məktəbində “Bilik günü” münasibətilə tədbirlər keçirilmişdir. Tədbirlərdə çıxış edənlər ölkəmizdə təhsil sahəsində həyata keçirilən məqsədyönlü layihələrdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğıdan söz açmış, “Bilik günü” münasibətilə məktəb kollektivlərini təbrik etmişlər. Çıxışlarda son illər ərzində Qəbələ rayonunda 32 yeni məktəb binasının inşa edildiyi, 15 məktəb binasının isə əsaslı təmir olunaraq istifadəyə verildiyi qeyd edilmişdir. Çıxış edən müəllim, şagird və valideyinlər ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər