Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayon Uşaq İncəsənət məktəbinin hesabat konserti keçirilib

22 may 2025 | 10:34

21 may 2025-ci il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzində 2024-2025-ci tədris ilinin yekunu ilə bağlı rayon incəsənət məktəbinin hesabat konserti keçirilib. Tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət idarəsinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, YAP Qəbələ Rayon Təşkilatının rəhbər və nümayəndələri, mədəniyyət işçiləri, valideynlər və  ictimaiyyət nümayəndələri iştirak edib. Konsertdə məktəbin şagird və müəllimlərinin ifasında dahi bəstəkarlar Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Tofiq Quliyev, Müslüm Maqomayev, Vasif Adıgözəlov, Elza İbrahimova ilə yanaşı görkəmli dünya bəstəkarlarının əsərləri ifa olunub, məktəbin rəqs kollektivi tərəfindən milli rəqs nümunələri göstərilib. Sonda rəssamlıq sinfinin şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

 

Keçidlər