Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonu  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr olunmuş silsilə tədbirlər keçirilib

19 yanvar 2026 | 17:34

20 Yanvar faciəsinin 36-ci ildönümü ilə əlaqədar  “Vətən şəhidləri heç vaxt unutmayacaq!”, “Tariximizin şanlı səhifəsi” və digər mövzularda mühazirə və “Dəyirmi masa”lar təşkil olunub. Tədbirlər Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə çıxış edənlər şagirdlərə 1990-cı ilin 20 Yanvar hadisələrinin baş verdiyi tarixi dövr haqqında ətraflı məlumat verərək, milli qürur günü kimi tarixə yazılan 20 Yanvarı və bu tarixi yazanların unudulmaması, hər zaman xatırlanması şagirdlərə tövsiyə etmişlər. Sonda  məktəblilərin  hazırladıqları  ədəbi-bədii  kompazisiyalar və səhnəciklər  təqdim  olunmuşdur.

Keçidlər