Qəbələ rayonu ümumtəhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar müxtəlif səpgili tədbirlər keçirilib.
Qəbələ rayonu ümumtəhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar mühazirələr, dəyirmi masalar, ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət sərgilər, fotostendlər təşkil edilib.Tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələr barədə şagirdlərə geniş məlumat verilmiş, ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs edilmiş və bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmış, şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər, ədəbi-bədii kompozisiyalar söyləmiş, mahnılar oxumuş, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx nümayiş etdirilmişdir.













