Qəbələ rayonu üzrə 17 məzun qəbul imtahanlarında 600-dən çox bal toplayıb
2022-2023-cü tədris ili əvvəlki tədris illərində olduğu kimi Qəbələ rayonun təhsil kollektivləri üçün uğurlu olmuşdur. Çox sevindirici haldır ki, bu il rayonunun 53 tam orta məktəbinin 1220 nəfər məzunundan 36 nəfəri fərqlənmə attestatına layiq görülüb, 17 nəfəri qəbul imtahanlarından 600-dən yuxarı bal toplamışdır. Qeyd edək ki, son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar Qəbələ rayonunda da təhsilin keyfiyyətinə birbaşa təsir edən amillərdəndir. Tələbə adını qazanmış bütün məzunları təbrik edir, onlara təhsildə və həyatda uğurlar arzulayırıq.