Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonu üzrə 57 nəfər məzun qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb

29 avqust 2025 | 16:02

2024-2025-ci tədris ili Qəbələ rayonunun ümumtəhsil müəssisələrini tam orta təhsil səviyyəsi üzrə bitirən 1210  nəfər məzundan 101 nəfəri fərqlənmə attestatına, 1 nəfəri qızıl nişana, 1 nəfəri isə gümüş nişana layiq görülüb. Buraxılış imtahanında 3 nəfər şagird maksimum nəticə göstərib. Ali məktəblərə sənəd verən 750 nəfər məzundan 584 nəfər ölkənin müxtəlif ali məktəblərinə, o cümlədən 20 nəfər  Qarabağ Universitetinə qəbul olub. 57 nəfər məzun qəbul imtahanlarında 600-dən yuxarı, 86 nəfər məzun isə  500-600 arası bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni Daşca kənd tam orta ümumtəhsil məktəbin məzunu Səmra Mahmudova (692 bal) göstərib. Tələbə adını qazanmış bütün məzunları təbrik edir, onlara təhsildə və həyatda uğurlar arzulayırıq.

Keçidlər