Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonu üzrə Dövlət şəhərsalma nəzarəti çərçivəsində özbaşına aparılan tikinti işlərinin qarşısının alınması barədə iclas keçirilmişdir

05 iyul 2023 | 17:41

05 iyul 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətində “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda dəyişiklik edilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 10 aprel tarixli 2095 nömrəli Fərmanının icrası ilə əlaqədar iclas keçirilmişdir. Qəbələ Rayon İcra Hakimiyyətinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və bələdiyyə sədrlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev şəhərsalma və tikinti fəaliyyəti sahəsində rayonda görülmüş işlər, eləcə də bu sahədə baş verən qanun pozuntularının vaxtında aşkar edilməsi, nöqsanların tez bir zamanda aradan qaldırılması, dövlət şəhərsalma nəzarətinin daha da gücləndirilməsi, qanunsuz tikinti işlərinin qarşısının alınması ilə əlaqədar görüləcək işlər barədə məlumat vermişdir.  İclasda həmçinin qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin sadələşdirilmiş qaydada istismarına icazə verilməsi ilə əlaqədar mövcud vəziyyət və qarşıda duran vəzifələr müzakirə olunmuşdur.

Keçidlər