Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində “Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib

07 noyabr 2025 | 16:50

Qəbələ rayonu üzrə Təhsil Sektorunun, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərində “Zəfər Günü”nün beşinci ildönümü ilə əlaqədar olaraq “Qürur və Zəfər günü”, “Qarabağ Azərbaycandır” mövzusunda tədbirlər  keçirilmişdir. Keçirilən tədbirlərdə Qəbələ  rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, YAP Qəbələ rayon təşkilatının, Qəbələ rayonu üzrə təhsil sektorunun, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin nümayəndələri, şəhid ailələri,  qazilər və müharibə veteranları iştirak etmişdir. Keçirilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamış,   Ulu Öndər Heydər Əliyevin və  Zəfəri bizə yaşadan igid Şəhdilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  Çıxışlarda şanlı Qələbənin qazanılması məhz Prezident-Ordu-Xalq birliyinin, milli həmrəyliyin və dövlətçiliyə sarsılmaz inamın nəticəsi olduğu qeyd edilmiş, veteranlar müharibənin ağrı-acısı haqqında tədbir iştirakçıları ilə döyüş xatirələrini bölüşmüşlər. Çıxış edən şəhid ailə üzvləri  dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışaraq ölkə başçısı cənab İlham Əliyevə təşəkkür etmişlər.  Məktəblilərin ifasında “Zəfər Günü” ilə bağlı ədəbi-bədii kompozisiyalar, rəqslər tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Keçidlər