Qəbələ rayonu üzrə XI sinif şagirdlərinin yekun attestasiya imtahanı keçirilib
09 mart 2026 | 16:23
9 mart 2026-cı il tarixində Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Qəbələ rayon ümumtəhsil pilləsində təhsilalan XI sinif şagirdlərinin şəhər 1, 2, 3, 4, 5 №-li, Zarağan kənd 1 №-li tam orta məktəblərində yekun attestasiya imtahanı keçirilmişdir. İmtahanda 1210 nəfər XI sinif şagirdi iştirak etmişdir.













