Qəbələ rayonu Vəndam qəsəbəsində növbəti təmizlik aksiyası keçirilib
22 iyul 2024 | 17:12
20 iyul 2024 - cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "Təmiz Ölkəm" adlı aksiya keçirilmişdir. Qəbələ rayon Vəndam qəsəbəsi ərazisində Vəndam bələdiyyəsinin təşkilatçılığı, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin və ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə keçirilən aksiyada 0,5 ha ərazidən 300 kiloqram tullantı toplanaraq aidiyyəti üzrə zərərsizləşdirilməsi üçün tullantıların müvəqqəti saxlanılma poliqonuna daşınmışdır.