Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar uşaqlar üçün festival və ustad dərsləri keçirilib

02 iyun 2025 | 11:21

01 iyun 2025-ci il tarixdə Azərbaycan Respublikası Voleybol Federasiyası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qəbələ rayonunda 6-12 yaşlı uşaqlar üçün voleybol idman növü üzrə  festival keçirilib. İştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, əziz xatirəsini ehtiramla yad etmişlər. Festival zamanı uşaqlar üçün  əyləncəli oyunlar təşkil edilmiş, yarışlar və ustad dərsləri keçirilmişdir. Festivalın keçirilməsində məqsəd sağlam həyat tərzini təbliğ etmək, uşaqlarda idmana marağı artırmaq, dostluq və komanda ruhu kimi dəyərləri təşviq etməkdir. Sonda festivalda iştirak edən uşaqlara sertifikatlar, valideynlərə isə təşəkkürnamələr təqdim edilmişdir.

Keçidlər