Qəbələ rayonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd edilmişdir
Qəbələ şəhərinin mərkəzində yerləşən Heydər Əliyev parkında “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr edilmiş tədbir keçirilmişdir. Rayon icra hakimiyyətinin, təhsil sektorunun nümayəndələrinin, rayon ictimaiyyətinin, şəhid və qazi uşaqlarının iştirak etdiyi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Pərviz Ağayev Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan, bu gün isə ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilən gələcəyimiz olan uşaqlara göstərilən dövlət qayğısından danışmış, uşaqları bu əlamətdar gün münasibətilə təbrik etmişdir. Digər çıxış edənlər uşaq hüquqlarından, dövlətimiz tərəfindən uşaqların sosial müdafiəsinin gücləndirilməsi və sağlam böyüməsi üçün görülmüş işlərdən danışmışlar. Qəbələ Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin, İncəsənət Məktəbinin şagirdlərinin və uşaq bağçalarında təhsil alan uşaqların bir-birindən maraqlı çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.