Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda “15 iyun - Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib

12 iyun 2026 | 17:51

12 iyun 2026-ci il tarixdə Qəbələdə “15 iyun - Milli Qurtuluş Günü” ilə əlaqədar ümumrayon tədbiri  keçirilmişdir.  Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. Qəbələ Mədəniyyət Mərkəzində keçirilən konfransla davam edən tədbirdə öncə  Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova konfrans iştirakçılarını salamlayaraq Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olmuş, xalqımızın xilaskarı, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışmış, Ümummilli Liderin daxili və xarici siyasət kursu, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırmışdır.  Çxıış edən YAP Qəbələ Rayon Təşkilatının sədri Abil Ağasəfov Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik əsl qurtuluş tarixi olduğunu qeyd etmiş, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynadığını vurğulamışdır. Digər çıxış edənlər Milli Qurtuluş Gününün dövlətçilik tariximizdəki müstəsna əhəmiyyətini vurğulayaraq, milli-mənəvi dəyərlərimizin qorunub nəsildən-nəslə ötürülməsini və azərbaycançılıq ideologiyasının yaşadılmasını hər bir vətəndaşın Vətən qarşısındakı mənəvi borcu və müqəddəs vəzifəsi olduğunu bildirmişlər. Sonda “15 iyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş videoçarx nümayiş olunmuş və bir qrup partiya fəalına YAP Qəbələ Rayon Təşkilatı tərəfindən Fəxri Fərman və hədiyyələr  təqdim edilmişdir. Konfrans YAP-nın himninin səslənməsi ilə yekunlaşmışdır.

Keçidlər