Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonunda 15 oktyabr - İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsi ilə əlaqədar tədbir keçirilmişdir

13 oktyabr 2023 | 18:25

13 oktyabr 2023-cü il tarixdə Qəbələ Rayon İcra Hakimiyyətinin və YAP Qəbələ rayon təşkilatının təşkilatçılığı ilə 15 oktyabr-İlham Əliyevin ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyinə həs olunmuş tədbir keçirilmişdir. Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksəlmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bütün sahələrin prezidentimiz tərəfindən daha da inkişaf etdirildiyini, demokratik, hüquqi dövlət quruculuğunun prinsiplərini qeyd etmiş, regionda reallaşdırılan beynəlxalq və irimiqyaslı bütün layihələrin Azərbaycanın iştirakı, milli maraqlarının nəzərə alınması ilə həyata keçirildiyini  bildirmiş, son 20 il ərzində Qəbələ rayonunda görülmüş işlər, həyata keçiirlən respublika və beynəlxalq əhəmiyyətli tədbirlərdən danışmışdır. Digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin banisi olduğu təhsil, səhiyyə, mədəniyyət və gənclər siyasəti sahəsində qazanılmış uğurlar haqqında məlumat vermişlər. Sonda partiya sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqəsi təqdim edilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müharibə və sülh dövrünün qəhrəmanı” sənədli filmi nümayiş olunmuşdur.

 

Keçidlər