Qəbələ rayonunda 18 İyun – İnsan Hüquqları Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
18 iyun 2026-cı il tarixdə Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində 18 İyun – İnsan Hüquqları Günü münasibətilə “Hüquqların qorunması güclü cəmiyyətin əsas şərtidir!” mövzusunda dəyirmi masa təşkil olunub. Çıxış edənlər insan hüquq və azadlıqlarının qorunmasının hüquqi dövlət quruculuğunda mühüm rol oynadığını vurğulayaraq, hər bir vətəndaşın hüquq və vəzifələri barədə məlumatlı olmasının əhəmiyyətindən danışmış, həmçinin insan hüquqlarının müdafiəsi, tolerantlıq, milli-mənəvi dəyərlərin qorunması, ailə institutunun möhkəmləndirilməsi və gənclərin hüquqi maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat vermişlər. Tədbirin keçirilməsində məqsəd gənclərin insan hüquq və azadlıqları sahəsində məlumatlılığını artırmaq, hüquqi biliklərini genişləndirmək, cəmiyyətdə hüquq mədəniyyətinin formalaşdırılmasına töhfə vermək və insan hüquqlarına hörmət prinsiplərinin təbliğ edilməsindən ibarət olmuşdur.













