Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-01-02: 204-19-55

Qəbələ rayonunda 2 fevral – Azərbaycan Gənclər Günü münasibətilə tədbir keçirilib

02 fevral 2026 | 17:12

‎02 fevral 2026-cı il tarixdə Qəbələ rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Rayon Komitəsinin birgə təşkilatçılığı ilə 2 fevral – Gənclər Günü münasibətilə tədbir təşkil olunub. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə böyük hörmət və ehtiramlarını bildirmişlər. ‎Qəbələ Rayon İcra Hakimiyyətinin, rayon üzrə təhsil sektorunun, Həmkarlar İttifaqının Qəbələ Rayon Komitəsinin nümayəndələrinin, şəhid ailələri və təhsil işçilərinin iştirak etdiyi tədbirdə ilk olaraq Azərbaycanın Dövlət Himni səslənmiş, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhadətə yüksəlmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edən Ətayə Osmanova Azərbaycanda dövlət gənclər siyasətinin Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulduğunu və bu günkü bayramın Ulu Öndər tərəfindən gənclərə ərmağan olduğunu bildirmiş, möhtərəm Prezidentimizin Azərbaycan gəncliyinə göstərdiyi qayğı və diqqətdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik edərək, onlara işlərində uğurlar arzulamışdır. Digər çıxış edənlər dövlət tərəfindən aparılan sistemli işləri, inkişafın yeni hədəflərinin müəyyən edildiyini qeyd edərək, əldə olunan tarixi Zəfərdə gənclərin mühüm rolundan, eləcə də cəmiyyətin inkişafına verdikləri töhfələrdən bəhs etmişlər. Tədbirdə bir qrup gənc təhsil işçisinə Şəki-Zaqatala Regional Təhsil İdarəsi Qəbələ rayonu üzrə təhsil sektorunun, ETİHİ-nin Qəbələ Rayon Komitəsinin fəxri  fərmanı və hədiyyələri təqdim edilmişdir. Tədbir şagirdlərin ifasında gənclər gününə həsr edilmiş ədəbi-bədii kompozisiyalarla davam etmişdir.

Keçidlər