Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24) 204-16-98: 204-19-55

Qəbələ rayonunda “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilib

18 sentyabr 2026 | 12:18

18 sentyabr 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının və Qəbələ şəhər 5 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə çıxış edənlər 20 Sentyabr – Dövlət Suverenliyi Gününün ölkəmizin müasir tarixindəki müstəsna əhəmiyyətindən bəhs etmiş, Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik siyasətinin və Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunduğunu xüsusi vurğulamışlar. Sonda “20 Sentyabr – Dövlət Suverenliyi Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilmiş, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeir və mahnılar səsləndirilmişdir.

Keçidlər